Moskvada Rusiya, Türkiyə və Suriya müdafiə nazirlərinin görüşü keçirilib

20:10, 28.12.2022

 

Moskvada Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirləri və kəşfiyyat xidmətlərinin rəhbərlərinin görüşü keçirilib.

Türk mediası üçtərəfli görüşdə Suriya böhranı, qaçqınlar məsələsi və terrorçulara qarşı birgə mübarizə perspektivlərinin müzakirə olunduğuna dair məlumat yayır.

Yayılmış məlumatda Türkiyə, Suriya və Rusiya müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin Suriyada və bütün regionda sabitliyi təmin etmək üçün üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəldiyi bildirilir.

Oxşar