Moskvada Latviya səfirliyinə hücum edildi
Moskvada Latviya səfirliyinə hücum edildi

Moskvada Latviya səfirliyinə hücum edildi. Bu barədə məlumatı “Azadlıq radyosu” yayır.

İnsindentlə bağlı iki nəfər həbs edilib.

“Latviya belə provokasiyaları qınayır və Rusiyadan Latviyanın diplomatik missiyalarının təhlükəsizliyinin təmin edilməsini tələb edir” – yazır Latviyanın Xarici İşlər Naziri Edqar Rinkeviç sosiyal şəbəkə “Tvitterdə”.

Hücum mayın 9-da, yerli vaxt ilə, təqribən saat 17:30-də baş verdi.

Medyanın məlumatına görə, səfirliyin binasının yanına beş nəfər gəldi və binaya səsli dumanlı qumbaralar atdı.

Hücum edən şəxslərdən biri, səfirliyin divarında qara boya ilə yazılar yazmaya çalışdı.

Həbs edilən hücum edənlər qeydiyyatdan keçməyən “Başqa Rusiya” partiyasının aktivistləridirlər.

Bu forma ilə, onlar Latviyada rus dilində təhsilin bərpasını tələb edən Vladimer Lendermanın həbs edilməsini etiraz etdilər.

Latviyanın prezidenti Raymond Veyonis aprelin 2-də təhsil haqqında qanun imzaladı, hansına əsasən, milli azlıqların məktəblərində təhsil Latviya dilində olacaq.

Təhsil islahatlarına görə, Rusiya Latviyayı rus dilli əhalinin diskriminasiyasında ittiham etdi.