Moskvada etiraz aksiyasında müxalifət lideri Aleksey Navalni həbs edildi
Moskvada etiraz aksiyasında müxalifət lideri Aleksey Navalni həbs edildi

Moskvada keçirilən etiraz aksiyası zamanı Rusiyanın müxalifət lideri və anti-iqtidar aksiyalarının təşkilatçısı Aleksey Navalni polis tərəfindən həbs edildi.

Vladimer Putinin inauqurasiyasına iki gün qalmış Rusiyanın müxtəlif şəhərlərində “Bu bizim kralımız” deyil” lozunqu ilə, etiraz aksiyaları keçirilir.

Peterburqda, Moskvada və Sibir əyalətinin bir neçə şəhərində onlarla aktivist həbs edilib.

Bu barədə məlumatı BBC-nin rus dilli bürosu yayır.

Bir neçə vaxt bundan əvvəl məlum oldu ki, Moskvada demonstrasiyaların yerində naməlum şəxslər aksiyaların dağıdılması məqsədi ilə səsli qumbaradan istifadə etdilər.

Aktivistlər hesab edirlər ki, Vladimer Putin qeyri-legitim idarəçidir.

Putinin İnauqurasiyası mayın 7-də keçiriləcək.