Moskva yaxınlığındakı ticarət mərkəzində yanğın baş verib
Moskva yaxınlığındakı ticarət mərkəzində yanğın baş verib. Rus mətbuatı yanğının binanın birinci mərtəbəsində yayılması barədə məlumat yayır. Bir nəfər yaralanıb. Hazırda ticarət mərkəzindən vətəndaşlar təxliyə edilir.
Rus mətbuatının məlumatında yanğının bu gün səhər saatlarında Balaşixdakı “Stroipark” ticarət mərkəzində baş verdiyi deyilir. Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, yanğın on min kvadratmetr ərazini əhatə edib. Yanğın nəticəsində binanın dam örtüyünün bir hissəsi dağılıb.
Yanğının söndürülməsinə 35 ədəd texnika və 110 nəfər cəlb olunub. İlkin versiyaya görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.
Xatırladaq ki, son bir neçə gündə Moskvada artıq ikinci dəfə irimiqyaslı yanğın baş verib. Dekabrın 9-da hipermarketlərdən birində baş vermiş yanğın nəticəsində bir nəfər həlak olub.