Moskva və Vaşinqton Rusiyada saxlanılan Britni Qrinerin azadlığa buraxılması müqabilində Vaşinqtonun məşhur silah alverçisi Viktor Butu azadlığa buraxacağı barədə razılığa gəliblər
Moskva və Vaşinqton Rusiyada saxlanılan Britni Qrinerin azadlığa buraxılması müqabilində Vaşinqtonun məşhur silah alverçisi Viktor Butu azadlığa buraxacağı barədə razılığa gəliblər.
Viktor But 12 ildir ki, ABŞ həbsxanasındadır.
Qrineri fevral ayında Moskva Hava Limanında çətənə yağı daşıdığına görə saxlayıblar və 9 il müddətinə azadlıqdan məhrum ediblər.
Yayda Co Bayden Administrasiyası Moskvaya basketbolçunu dəyişdirməyi təklif edib.
“Ölüm taciri” kimi tanınan Viktor But 2008-ci ildə Taylandın paytaxtında, mehmanxanadan birində keçirilən əməliyyat nəticəsində saxlanılıb. İki il sonra o, ABŞ-a ekstradisiya olunub.