Moody's kredit reytinq agentliyinin göstəricilərinə görə, Gürcüstanın bank sektoru dayanıqlıdır
Moody's kredit reytinq agentliyinin göstəricilərinə görə, Gürcüstanın bank sektoru dayanıqlıdır

Moody’s kredit reytinq agentliyi Gürcüstanın suveren reytinqini dəyişməyərək Ba2 səviyyəsində saxlayıb, bu da öz növbəsində ölkədəki sabit iqtisadi vəziyyəti əks etdirir, – bu barədə Gürcüstanın Milli Bankı məlumat yayır.

Milli Bankın məlumatına görə, hesabatda həmçinin bank sektorunun mənfəətlilik, kapitalın və likvidliyin etibarlı göstəricilərində əks olunduğu kimi dayanıqlı olduğu vurğulanır, bu da sarsıntılar zamanı buferlərin mövcudluğuna kömək edir.

Moody’s Gürcüstanın güclü iqtisadi artımını davam etdirəcəyini gözləyir. Agentliyin qiymətləndirməsinə görə, Gürcüstan iqtisadiyyatı 2025-ci ildə təxminən 6%la artacaq.

Bununla yanaşı, Moody’s müxtəlif amilləri nəzərə alaraq proqnozu stabildən neqativə dəyişib ki, bu da əsasən geosiyasi risklərin artması və mövcud siyasi proseslərlə bağlıdır.