Moldovanın hava məkanı naməlum obyekt tərəfindən pozulub, bundan sonra partlayış baş verib

22:50, 17.08.2026

Moldovanın hava məkanı naməlum obyekt tərəfindən pozulub, bundan sonra partlayış baş verib. Moldova Müdafiə Nazirliyinin məlumatına görə, naməlum hava obyekti yerli vaxtla saat 17:37-də milli ordu tərəfindən aşkar edilib və bundan qısa müddət sonra obyekt radarlardan yox olub.

Hökumət hava məkanını təxminən 15 dəqiqəlik bağlamaq qərarı alıb, bundan sonra, polisin məlumatına görə, Talmaza kəndi yaxınlığında, yaşayış məntəqəsindən təxminən üç kilometr aralıda partlayış baş verib.

Partlayış nəticəsində ərazidə yanğın baş verib. Polis vətəndaşları hadisə yerindən uzaq durmağa, tapılan qalıqlara və digər komponentlərə toxunmamağa çağırır.

Bu mərhələdə Moldova hakimiyyəti ölkənin hava məkanını konkret olaraq hansı obyektin pozduğunu təsdiqləməyib. İstintaq aparılır.

Moldova Xarici İşlər Nazirliyi sözügedən hadisəyə münasibət bildirib və ölkənin hava məkanının pozulmasını pisləyib.

“Bu hadisə Moldova Respublikasının suverenliyinin ciddi şəkildə pozulmasıdır və vətəndaşlarımızın təhlükəsizliyini birbaşa təhdid edir. Bu cür hadisələr qəbuledilməzdir”, – qurumun bəyanatında deyilib.

Nazirlikdə həmçinin qeyd ediblər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Moldovanın təhlükəsizliyinə birbaşa təsir göstərir.

Oxşar