Moldovanın Energetika Nazirliyində bildiriblər ki, Ukraynanın enerji sistemində mövcud problemlər onların ölkəsində elektrik sisteminin kəsintisinə səbəb olub
Ukraynanın enerji sistemində mövcud problemlər onların ölkəsində elektrik sisteminin kəsintisinə səbəb olub. Bu barədə Moldova Energetika Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, 400 kv-lıq Isaccea-Vulcăneşti-MGRES yüksək gərginlikli xəttində gərginlik düşüb və nəticədə elektrik sistemi zədələnib və kəsilib.
Moldova Energetika Nazirliyinin məlumatına görə, ötürmə sisteminin operatoru Moldelectora vəziyyəti həll etmək üçün çalışır və artıq bəzi icmalarda elektrik enerjisi bərpa olunub.
Moldova mediasının məlumatına görə, baş vermiş hadisə paytaxt Kişinyov və onun ətraf ərazilərinə, həmçinin Tarakliya, Kahul və Aneni-Noy şəhərlərinə ziyan vurub.