Moldova Respublikasının baş naziri vəzifəsinə biznesmen Aleksandru Munteanu təyin edilib

12:48, 24.10.2025

Biznesmen Aleksandru Munteanu Moldova Respublikasının Baş naziri təyin edilib.

Ölkə prezidenti Maia Sandu oktyabrın 24-də parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra fərmanı imzalayıb.

Dövlət başçısı gələcək Baş nazirə “vətəndaşların ən mühüm gözləntilərini doğruldacaq” komandanın formalaşdırılmasında uğurlar arzulayıb.

“Onun parlamentin etimadını qazanacaq və vətəndaşların ən önəmli gözləntilərini – sülhün qorunmasını, ölkənin Avropa İttifaqına üzvlüyə hazırlanmasını, iqtisadiyyatın gücləndirilməsini və xalqın həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin edəcək bir hökumət formalaşdırmasında uğurlar arzulayıram”, – Maia Sandu bildirib.

Oxşar