Moldova parlamentinin sədri bildirir ki, ölkədə parlament seçkiləri sentyabrın 28-də keçirilə bilər

21:33, 16.04.2025

Moldovada parlament seçkiləri sentyabrın 28-də keçirilə bilər. Bu barədə Moldova parlamentinin sədri İqor Qrossu bildirib.

“Bu gün biz hakim “Fəaliyyət və Həmrəylik” partiyasının deputatları ilə birlikdə parlament seçkilərinin sentyabrın 28-də keçirilməsini təklif edən qərar layihəsini Qqydiyyatdan keçirdik”, – deyə parlamentin sədri bildirib.

O, qarşıdan gələn seçkilərin Moldova üçün həlledici olacağını deyib.

“Bizim məqsədimiz bu seçkilərdə sülh və inkişaf yolundan dönməyəcəyimizə, ölkənin Kremlin göstərişlərinin nəzarətinə qayıtmayacağımıza, suverenliyi və azadlığı qoruyub saxlayacağımıza təminat verməkdir”, – deyə Qrossu bildirib.

Məlumat üçün bildirək ki, hazırda sosioloji sorğularda ölkə prezidenti Maia Sandunun “Fəaliyyət və Həmrəylik” partiyası liderlik edir.

Oxşar