Moldova parlamenti iqtidarın istefasını dəstəklədi

Moldova iqtidarı baş nazir Maia Sandunun başçılığı ilə istefaya göndərildi.

Parlament iclasında iqtidarın istefasının leyhinə, sosialist və demokratik partiyadan 63 deputat səs verdi.

Paralel olaraq, Moldova parlamentinin qabağında etiraz aksiyası keçirlir.

Nazirlər kabinetinə göstərilən etimadsızlığın əsas səbəbi olaraq, baş nazir Maia Sandu qanunu adlandırır, hansına əsasən, baş nazir baş prokuror namizədini özü şəxsən təqdim edə bilərdi.

Sandunun dediyinə görə, onun istefa verdiyi halda, Moldova beynəlxalq partnyorlardan maddi yardım almaqdan məhrum olacaq.