Moldova hakimiyyəti rus diplomatın ölkədən çıxarıldığı barədə məlumat yayır
Moldova hakimiyyəti rus diplomatın ölkədən çıxarıldığı barədə məlumat yayır. Rus mətbuatı diplomatın ölkədən çıxarılmasının Moldovanın bu gün səhər saatlarında baş verən hadisəyə cavabı olduğunu yazır.
Rusiya tərəfindən Ukraynanın enerji obyektini bombalamaq üçün atılmış raketin parçaları Moldova ərazisinə düşüb. Raketin hissələrinin düşməsi nəticəsində xəsarət alan olmayıb.
Qeyd edilməlidir ki, oktyabrın 10-da 3 rus raketi Moldova ərazisi üzərindən uçub. O zaman Rusiyanın səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu gün Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulan Rusiya raketi Moldovanın şimalına düşüb.