Möhtərəm Şio - Müqəddəs Patriarx sanki vəfatından sonra da xalqın iman yoluna dönməsini, birliyini və təbliğini davam etdirir, onun təlimləri bu gün də hər bir mömində fasiləsiz və yorulmadan davam edir
Katolikos-Patriarx İkinci İlianın patriarxal müdrikliyi bizə Musanı xatırladırdı, onun kimi, sınaqlar zamanı xalqı sanki qıl körpüsünün üzərindən keçirərək ona öndərlik edirdi, düşənlərə təsəlli verir, dağılanları birləşdirir və qəlblərini Rəbbə döndərirdi. Onun sözü və duası millətə mənəvi əsarətdən çıxış yolunu göstərən sütun idi (Çıxış 13:21), – bu barədə ümumi Gürcüstanın patriarxlıq taxtının varisi, Senaki və Çxorotsğunun mitropoliti Şio (Mucirinin) Pasxa bayramı ilə bağlı müraciətində deyilib.
Müraciətdə deyildiyi kimi, Müqəddəs Patriarx sanki vəfatından sonra da xalqın iman yoluna dönməsini, birliyini və təbliğini davam etdirir.
“Müqəddəs Patriarx vəfatından sonra da xalqın iman yoluna dönməsini, birliyini və təbliğini davam etdirir. Cəsarətlə deyə bilərik ki, Katolikos-Patriarx İkinci İlia öz sələflərinin yolunu davam etdirərək ilahi vəzifələri yerinə yetirməklə Gürcüstan Pravoslav Kilsəsinə yeni həyat bəxş etdi.
Onun təlimləri və zəhməti bu gün də hər bir mömində fasiləsiz və yorulmadan davam edir; Tanrıya yönəlmiş qəlbləri birlikdə (vahid bir şəkildə) dirilmiş Xilaskarı ucaldır”, – deyə Pasxa bayramı ilə bağlı müraciətində deyiilib.