Mohsen Rezai – Tehran hər hansı bir ölkə tərəfindən İrana qarşı ABŞ-ın yeni iqtisadi tədbirlərinin dəstəklənməsini “müharibə aktı” kimi qəbul edəcək
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezai bildirib ki, Tehran hər hansı bir ölkə tərəfindən İrana qarşı ABŞ-ın yeni iqtisadi tədbirlərinin dəstəklənməsini “müharibə aktı” kimi qəbul edəcək.
“Əgər iqtisadi müharibə davam edərsə, nə Hürmüz boğazı vasitəsilə, nə də Fars körfəzinin hər hansı yerindən bir damla da olsun neft göndərilməyəcək. İran xalqımıza qarşı Amerikanın iqtisadi müharibəsində hər hansı bir ölkənin iştirakını və ya dəstəyini müharibə aktı hesab edir”, – İran Ali Milli Təhlükəsizlik Şurasının katibi sosial şəbəkədə yazıb.
Məlumat üçün bildirək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İrana qarşı misilsiz miqyasda “iqtisadi müharibə və təcrid” başladığını elan edib. ABŞ-ın maliyyə naziri Skott Bessent isə qeyd edib ki, Vaşinqton “rəqibə qarşı indiyədək həyata keçirilmiş ən böyük maliyyə hücumuna başlayır”.
ABŞ prezidenti həmçinin maliyyə qurumları, şirkətləri, hava limanları və ya dövlət strukturları Tehranı dəstəkləyən ölkələrə ABŞ-ın ciddi iqtisadi nəticələri ilə üzləşəcəkləri barədə xəbərdarlıq edib.