Mixeil Canelidze NATO-nun xarici işlər nazirlərinin görüşündə iştirak edəcək
Mixeil Canelidze NATO-nun xarici işlər nazirlərinin görüşündə iştirak edəcək

Brüseldə, dekabrın 4-5-də NATO-nun xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Xarici işlər nazirləri Rusiya ilə əlaqələr, Qara Dəniz bölgəsi təhlükəsizliyi, NATO-nun sülh əməliyyatları, 2018-ci il NATO sammiti, partnyorlarla əməkdaşlığın dərinləşdirilməsi və təşkilat qarşısında duran çağırışlar haqqında müzakirə edəcəklər.

Ministrialda Gürcüstan xarici işlər naziri də iştirak edəcək.

Mixail Canelidze həmkarları ilə iki tərəfli görüşlər planlaşdırıb.