Misirin Şarm əl-Şeyx şəhərində Yaxın Şərq sülh sazişi imzalanıb. Atəşkəs razılaşmasına dair sənədi dörd lider – ABŞ Prezidenti Donald Tramp, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd əl-Tani imzalayıb.
İmzalanmış sənədlə bağlı başqa təfərrüatlar açıqlanmayıb.
“Bu davam edəcək. Biz elə bir sənədi imzalayırıq ki, o, bir çox qayda və tənzimləməni, eləcə də digər məsələləri müəyyən edir. Bu, çox hərtərəfli bir sənəddir”, – Donald Tramp bildirib.