Misirdə narkotiklə bağlı ittihamlara görə teleaparıcı və daha 11 nəfər edam cəzasına məhkum edilib
Misirdə narkotiklə bağlı ittihamlara görə teleaparıcı və daha 11 nəfər edam cəzasına məhkum edilib. Misir mediasının məlumatına görə, teleaparıcı Sara Xəlifə və digər şəxslər ölkəyə narkotik istehsalı üçün inqrediyentlər gətirən cinayətkar qruplaşmanın üzvləri olublar.
İstintaqın məlumatına görə, polis 750 kq-dan çox narkotik vasitə və onların istehsalı üçün idxal olunan xammal müsadirə edib. Onların həmçinin qanunsuz odlu silah və döyüş sursatı da olub.
Medianın məlumatına görə, eyni iş üzrə doqquz təqsirləndirilən şəxs ömürlük həbs cəzasına məhkum edilib, yeddi nəfər isə bəraət alıb. Xəlifə ittihamları rədd edir, vəkili isə ölüm hökmündən apellyasiya şikayəti verəcəyini bildirib.
“BBC” yazır ki, 39 yaşlı Xəlifə daha çox kriminal mövzulardan bəhs edən “İcraolunmaz missiya” adlı teleproqramı ilə tanınır.