Minneapolis hava limanı yaxınlığında yolu bağladıqlarına görə hüquq-mühafizə orqanlarının əməkdaşları yolun hərəkət hissəsində dua edən onlarla ruhani şəxsi saxlayıb
Minneapolis hava limanı yaxınlığında yolu bağladıqlarına görə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları yolun hərəkət hissəsində dua edən və şəhərə immiqrasiya zabitlərinin yerləşdirilməsinə etiraz edən onlarla ruhani şəxsi saxlayıb. Yüzlərlə vətəndaş da onlarla birlikdə etiraz aksiyasına qoşuldu.
Minnesota ştatında bu gün bir çox ticarət obyektləri və bizneslər bağlıdır. Mağaza sahibləri ümumi tətil təşkil edirlər.
Aksiya təşkilatçılarının dediyinə görə, onlar atəş açaraq vətəndaşlardan birini, Rene Qudu öz avtomobilində öldürən immiqrasiya zabitlərinin məsuliyyətə cəlb olunmasını tələb edirlər.