Minessota ştatında iki demokrat qanunvericiyə silahlı hücum olub
Minessota ştatında iki demokrat qanunvericiyə silahlı hücum olub

Minessota ştatında iki demokrat qanunvericiyə silahlı hücum olub. Bu barədə Amerika mediası məlumat yayır.

İlkin məlumata əsasən, senator Con Hofman, onun həyat yoldaşı, həmçinin Minnesota Nümayəndələr Palatasının konqresmeni Melisa Hortman və onun həyat yoldaşı ağır yaralanıblar.

Medianın məlumatına görə, hücum zamanı qanunvericilər öz evlərində olublar və hücum edənin hazırda axtarışda olan eyni şəxs olduğu ehtimal edilir.

Polis hücumçunun Hüquq-mühafizə orqanı əməkdaşının uniformasında olduğundan şübhələnir. Hüquq-mühafizə orqanlarının əməkdaşları yerli sakinləri ehtiyatlı olmağa çağırır.