Miloş Zeman – əminəm ki, gec-tez azad ölkələrin təzyiqi Rusiyanı Ukrayna ərazilərini tərk etməyə məcbur edəcək
Çexiya prezidenti Miloş Zeman Rusiyanın Ukraynadan çəkilməyə məcbur olacağını bildirib. Miloş Zeman Ukraynaya hərbi yardım da daxil olmaqla dəstəyin davam etdirilməsinə çağırıb.
“Mən əminəm ki, azad ölkələrin təzyiqi gec-tez Rusiyanı Ukrayna ərazilərini tərk etməyə məcbur edəcək”- deyə Zeman Milad müraciəti zamanı açıqlayıb.
Bununla yanaşı, Zeman hər zaman Çexiya ilə Rusiya arasında iqtisadi əlaqələrin, xüsusən də enerji qatarlarının tədarükü baxımından qorunub saxlanılmasını dəstəklədiyini, lakin hazırda bütün dünya və Çexiyanın təhlükə altında olduğunu, belə bir vəziyyətdə iqtisadi maraqların ikinci plana keçdiyini bildirib.