Dövlət Təhlükəsizlik Xidməti iyulun 24-ü və 25-də ölkə miqyasında elektrik enerjisi təchizatının qəza səbəbindən kəsilməsi faktı ilə bağlı sabotaj maddəsi ilə istintaq başladıb

15:56, 25.07.2026

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti iyulun 24-ü və 25-də ölkə miqyasında elektrik enerjisi təchizatının qəza səbəbindən kəsilməsi faktı ilə bağlı sabotaj maddəsi ilə istintaq başladıb.

“Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti ölkə miqyasında elektrik enerjisi təchizatının qəza səbəbindən dəfələrlə kəsilməsi faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə istintaq başladıb, bu da Gürcüstanın dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə dövlət müəssisəsinin və ya digər mühüm obyektlərin normal fəaliyyətinə mane olmağı və ya onların zədələnməsini/məhv edilməsini nəzərdə tutur.

Dövlət Təhlükəsizliyi Xidməti istintaqın gedişatı barədə ictimaiyyətin məlumatlandırılmasını mərhələli şəkildə həyata keçirəcək”, – deyə DTX-nin bəyanatında qeyd olunub.

İyulun 24-ü və 25-də ölkə miqyasında elektrik enerjisi təchizatı bir neçə saatlıq kəsilib. Gürcüstan Dövlət Elektrosisteminin məlumatına görə, hazırda səbəb müəyyən edilir. Bununla yanaşı, Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası da 24 iyulda baş verən genişmiqyaslı qəzanın səbəblərini araşdırmağa başlayıb.

Oxşar