Milli Statistika Xidməti - Tbilisinin əhalisi Gürcüstanın ümumi əhalisinin demək olar ki, üçdə birini təşkil edir
Milli Statistika Xidməti - Tbilisinin əhalisi Gürcüstanın ümumi əhalisinin demək olar ki, üçdə birini təşkil edir

 
Milli Statistika Xidmətinin məlumatına əsasən, 2024-cü ilin yanvarın 1-nə olan vəziyyətə görə, Gürcüstan əhalisinin sayı 3 694,6 min nəfər təşkil edib, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,1 faiz azdır.

Qeyd edilməlidir ki, 2023-cü ildə mənfi təbii artım (-2542) və mənfi miqrasiya saldosu (-39207) qeydə alınıb.

Bununla yanaşı, Milli Statistika Xidmətinin məlumatına əsasən, 2024-cü ilin yanvarın 1-nə olan vəziyyətə görə, Gürcüstanda əhalinin sıxlığı 1 kv.km-ə 64,6 nəfər təşkil edib.

Milli Statistika Xidməti tərəfindən dərc edilmiş təbii hərəkət statistikasının hesabatında qeyd edildiyi kimi, 1 kv.km-də 2495,9 nəfərin yaşadığı Gürcüstanın paytaxtı ən sıx məskunlaşılan şəhərdir.

Tbilisidən sonra ən sıx məskunlaşılan Acaradır – 125,2 nəfər; Şida Kartli 71.2 və İmereti 68.9.

1 kv.km-də 5,7 nəfərin yaşadığı Raca-Leçxumi və Kvemo Svaneti bölgəsi daha az sıx məskunlaşılıb.

Qurumun hesabatına əsasən, 2024-cü ilin yanvarın 1-nə olan vəziyyətə görə, Gürcüstan əhalisinin 61%-i şəhərtipli yaşayış məntəqələrində yaşayır. Bununla yanaşı, Tbilisinin əhalisi ümumi əhalinin demək olar ki, üçdə birini təşkil edir.