Milli Şərab Agentliyinin məlumatına görə, 2025-ci ilin yanvar–noyabr aylarında Gürcüstan şərab və spirtli içkilərin ixracından yarım milyard ABŞ dollarından çox gəlir əldə edib
Milli Şərab Agentliyinin 11 aylıq göstəricilərinə görə, dünyanın 70 ölkəsinə 245 milyon ABŞ dolları dəyərində 82,3 milyon litrə yaxın şərab ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 7%, həcm baxımından isə 9% azalıb.
Agentliyin Gürcüstanın Birinci Kanalına verdiyi məlumata görə, dünyanın 55 ölkəsinə 257,5 milyon ABŞ dolları dəyərində 37,7 milyon litr spirtli içəcəklər ixrac edilib.
Ümumilikdə, 11 ayda ölkə şərab və spirtli içkilərin ixracından əhəmiyyətli miqdarda – yarım milyard (502,5 milyon) ABŞ dollarına qədər gəlir əldə edib.