Milli Şərab Agentliyinin dəstəyi ilə Şanxayda gürcü şərabının təqdimatı keçirilib
Milli Şərab Agentliyinin dəstəyi ilə Şanxayda gürcü şərabının təqdimatı keçirilib

Milli Şərab Agentliyinin sədri Levan Mexuzla Şanxayda dünyanın ən nüfuzlu şərab müsabiqələrindən biri olan Şanxay Beynəlxalq Şərab Müsabiqəsində (SIWC) iştirak edib və bunun çərçivəsində beş gün davam edən müsabiqənin bir günü yalnız gürcü şərabına həsr olunub.

19-cu müsabiqə 2006-cı ildən hər il keçirilir və şərabın ən yüksək keyfiyyətini bütün dünyada nümayiş etdirmək və Çin bazarında beynəlxalq ticarət və mədəni əlaqələri dərinləşdirmək məqsədi daşıyır. Müsabiqədə 200 gürcü şərabı təqdim olunub.

“SIWC şərab istehsalçıları üçün ən vacib platformalardan biridir. Burada onlar öz məhsullarını şərab mütəxəssislərinə, mediaya və istehlakçılara təqdim edə bilirlər. Qalib gələn şərablar mətbuatda aktiv şəkildə işıqlandırılır və geniş tanınır. Ötən il müsabiqədə Fransa, İspaniya, Macarıstan və Avstraliya da daxil olmaqla, dünyanın 20 müxtəlif ölkəsindən 500-dən çox şərab təqdim olunmuşdu”, – Levan Mexuzla qeyd edib.

Müsabiqənin təşkilatçısı Şanxay Vaiqaotsiao Azad Ticarət Zonasıdır (Shanghai Waigaoqiao Free Trade Zone), münsiflər heyəti 80-ə yaxın şərab mütəxəssisindən ibarətdir, şərab kor dadım (bilmədən dadma) prinsipi əsasında qiymətləndirilir ki, bu da prosesin maksimum obyektivliyini və şəffaflığını təmin edir. Qalib gələn şərablar aşağıdakı kateqoriyalar üzrə mükafatlandırılır: platin, qızıl, gümüş və kubok.

Tədbir çərçivəsində həmçinin gürcü şərabının master-klası və dequstasiyası keçirildi. Onlara Milli Şərab Agentliyinin sədri Levan Mexuzla və Agentliyin Dövlət Dadım Komissiyasının sədri Ana Qodabrelidze rəhbərlik edirdi. Gürcü şərabının təqdimatında şərab mütəxəssisləri, idxalçılar, distribyutorlar, media nümayəndələri, şərab istehlakçıları iştirak ediblər.

Qeyd etmək lazımdır ki, Çin gürcü şərabının ən önəmli strateji bazalarından biridir. Gürcü şərabının tanınması və ixracının artırılması məqsədilə 2013-cü ildən bəri fəal marketinq kampaniyası həyata keçirilir. “Çin gürcü şərabının ən böyük beş ixracatçı ölkəsi sırasında möhkəm yer tutub. Cari ilin yanvar-may aylarının göstəricilərinə görə, Gürcüstandan Çinə 1,4 milyon litr gürcü şərabı ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65% çoxdur.

Milli Şərab Agentliyinin dəstəyi ilə bu il gürcü şərabı Çin Xalq Respublikasında aşağıdakı sərgilərdə təqdim olunub: Fine Wine Hotel Exhibition, The China Food & Drinks Fair, RAW Wine Shanghai və Interwine China 2025.

Məlumatı Milli Şərab Agentliyi yayır.