Milli Şərab Agentliyi – Kaxetidə doludan zərər görmüş üzümləri dövlət müəssisəsi bu gündən qəbul edəcək
Kaxetidə doludan zərər görmüş üzümü dövlət müəssisəsi – MMC “Məhsulun İdarəolunması Şirkəti” qəbul edəcək. Dövlət müəssisəsi doludan zərər görmüş şərablıq üzümləri bu gündən etibarən üzümçülərdən 1 kiloqramını 1 lariyə alacaq.
Milli Şərab Agentliyinin məlumatına görə, Telavi və Axmeta bələdiyyələrində güclü yağıntı və güclü dolu nəticəsində kənd təsərrüfatı sahələri, o cümlədən, ilkin göstəricilərinə görə, 150 hektara qədər üzüm bağları zədələnib.
“Üzüm yığımına nəzarət qərargahı 24 saatlıq rejimdə fəaliyyət göstərir. Zərər çəkmiş üzümçülərin məhsullarını rahat yerləşdirilməsini təmin etmək üçün bütün resurslar səfərbər olunub.
Üzüm yığımı ilə bağlı məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti – 1501, həmçinin Üzüm yığımına nəzarət qərargahının qaynar xətti – 0322 193 283 vasitəsilə əldə etmək mümkündür”, – deyə agentliyini məlumatında qeyd olunub.
Milli Şərab Agentliyinin məlumatına görə, 13 sentyabr tarixinə olan məlumata əsasən, Kaxeti bölgəsində şərab zavodları tərəfindən 27 min ton üzüm emal edilib.