Milli Meşə Agentliyinin əməkdaşları cari ilin iyulunda taxta-şalbanın qanunsuz əldə edilməsi və daşınması ilə bağlı 51 faktı aşkarlayıblar
Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Meşə Agentliyinin regional meşə xidmətlərinin əməkdaşları cari ilin iyulunda ölkə miqyasında taxta-şalbanın qanunsuz əldə edilməsi və daşınması ilə bağlı 51 faktı aşkarlayıblar.
Taxta-şalbanın qanunsuz əldə edilməsi və daşınması faktlarından 26-sı Kaxetinin Meşə Xidmətinin əməkdaşları tərəfindən, 2 fakt Kvemo Kartlinin, 2 fakt Şida Kartlinin, 6 fakt Samtsxe-Cavaxetinin, 2 fakt Sameqrelo-Zemo Svanetinin, 1 fakt Mtsxeta-Mtianetinin, beşi – Quriya və beşi – İmeretinin Meşə Xidmətinin əməkdaşları tərəfindən aşkarlanıb. Ümumilikdə, 102 874 kubmetrədək qanunsuz əldə edilmiş müxtəlif növ taxta-şalban götürülüb və agentliyin “işgüzar həyətləri”nə yığılıb.
Bundan əlavə, Milli Meşə Agentliyinin əməkdaşları Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları ilə birlikdə Kaxetidə dövlət meşəsinin ərazisində qeydiyyatı olmayan taxta-şalban emalatxanaları ilə bağlı 1 faktı aşkar ediblər. Müvafiq sənədlər tərtib olunub, taxta-şalban emalatxanası möhürlənib, ətraf ərazidən götülümüş 15 kubmetr taxta materialı “işgüzar həyət”ə yığılıb. İşdə cinayət tərkibinin əlamətləri olduğu üçün materiallar əlavə tədbirlər görülməsi məqsədilə müvafiq quruma göndərilib.
Qeyd edilməlidir ki, 2024-cü ilin yanvar-iyul dövrləri daxil olmaqla Milli Meşə Agentliyinin əməkdaşları tərəfindən ümumilikdə ölkə miqyasında taxta-şalbanın qanunsuz əldə edilməsi və daşınması ilə bağlı 481 fakt aşkar edilib; “İşgüzar həyətlər”ə yerləşdirilən ehtiyatların həcmi 458,784 kubmetr təşkil edib.