Milli Məclis – Azərbaycan səfirliyinə qarşı xain hücuma görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür, hərtərəfli və dərin araşdırma tələb edirik

21:20, 27.01.2023

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan səfirliyinə hücuma görə məsuliyyəti İran tərəfinin üzərinə yükləyir. Qanunverici orqanın bəyanatında qeyd edildiyi kimi, Azərbaycan İran tərəfinin hücumun şəxsi motivlər ilə bağlı açıqlamasını qeyri-qənaətbəxş hesab edir.

Bundunla yanaşı, Azərbaycanın qanunverici orqanı hadisənin hərtərəfli və dərindən araşdırılmasını tələb edir.

“Bu xain hücuma görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür. Təəssüflə qeyd edirik ki, son dövrdə İran İslam Respublikasında ölkəmizə qarşı qarayaxma və hədə-qorxu kampaniyasına geniş rəvac verilmişdir. Bununla əlaqədar Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı ehtimal oluna bilən hücumlara yol verməmək üçün qabaqlayıcı tədbirlərin görülməsi İran hüquq mühafizə orqanlarının diqqət mərkəzində olmalı idi. Biz İran tərəfindən bu qəddar hücumun səbəbləri barədə verilən bəyanatları qeyri-qənaətbəxş hesab edirik. Bu terror aktının hərtərəfli və dərindən araşdırılmasını tələb edirik “-deyə bəyanatda deyilir.

Azərbaycanın İrandakı səfirliyinə hücum olub. Hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb.

Oxşar