Milli Liqa | Liderlərin qarşılaşmasını Batuminin “Dinamo”su qazandı#1TVSPORT
Milli Liqanın 24-cü turu liderlərin qarşılaşması ilə başladı – “Rustavi” Batuminin “Dinamo”suna ev sahibliyi etdi və 0:1 hesabı ilə məğlub oldu.
“Davit Petriaşvili Arenasın”da keçirilən qarşılaşma gərgin keçdi. İlk hissə qolsuz başa çatdı, Batumililərin qələbə qolunu isə 48-ci dəqiqədə Tornike Kirkitadze vurdu.
Bu qələbə ilə Batuminin “Dinamo”su 40 xal topladı və ikinci yerə yüksəldi. “Rustavi” 42 xalla yenə birinci yerdə qaldı, lakin Batumililər fərqi 2 xala qədər azaltdılar.
Turun qalan matçları sentyabrın 5-i və 6-da keçiriləcək. Daha bir mühüm qarşılaşma Kutaisidə baş tutacaq: “Torpedo” Gürcüstan “Klassiko”sunda bazar günü, sentyabrın 6-da “Ramaz Şengelia – Arenasın”da “Dinamo Tbilisi”yə ev sahibliyi edəcək.
24-cü tur
Şənbə günü, 5 sentyabr
16:00, Tsğaltubo, “Meşaxte – Spaeri”
18:00, Qori Dila – “Qaqra”
20:00, Tbilisi, “İberia” – “Samqurali”
Bazar günü, 6 sentyabr
20:00, Kutaisi, “Torpedo” – “Tbilisi Dinamo”