"Milli Hərəkat"-da partiyanın yeni katibliyinin tərkibi açıqlanıb
"Milli Hərəkat"-da partiyanın yeni katibliyinin tərkibi açıqlanıb

 

“Vahid Milli Hərəkat”-da partiyanın yeni katibliyinin tərkibi açıqlanıb.

Partiyanın baş katibi Petre Tsiskarişvili olacaq; Baş katibin müavini və inzibati məsələlər üzrə katib Zura Melikişvilidir ; Xarici İşlər katibi Tinatin Bokuçava; Analitik Fəaliyyət katibi Qiorqi Tarqamadze ; İctimaiyyətlə Əlaqələr və Kommunikasiyalar katibi Dimitri Çikovani, ; Regional katib Qiorqi Botkoveli; Təşkilatçılıq katibi Baço Dolidze; Hüquq və seçki məsələləri üzrə katib Levan Bejaşvili; Strateji Kommunikasiyalar katibi Nika Oboladze ; Strateji İnkişaf və İslahatlar katibi Ana Qoqoladze ; Korrupsiyaya qarşı mübarizə məsələləri üzrə katib Levan Xabeişvili; Siyasi katib Akaki Minaşvili, media ilə əlaqələr üzrə katib isə Qiorqi Pataraiadır.

Xatırladaq ki, bir neçə gün əvvəl “Milli Hərəkat”-ın Siyasi Şurasının sədri vəzifəsində Nika Meliyanı Koba Nağopia əvəz edib. Bununla yanaşı, Zaal Udumaşvili artıq “Milli Hərəkat”-ın Tbilisi təşkilatının sədri deyil və təşkilatın sədri vəzifəsi partiyanın lideri Nika Melia tərəfindən icra olunacaq.