“Milli Hərəkat” – Partiya üzvlər tərəfindən birbaşa, üfüqi idarəetməyə keçməlidir
“Vahid Milli Hərəkat” köklü islahatlara və yenilənməyə ehtiyac duyur. Partiyanın təsisçisi və lideri, Prezident Mixeil Saakaşvilinin bildirdiyi kimi, partiya daha ümumxalq, demokratik və açıq olmalıdır, – bu barədə “Milli Hərəkat” tərəfindən yayılan məlumatda deyilib.
“Müasir elektron tətbiqdən istifadə edərək, partiya üzvləri tərəfindən birbaşa, üfüqi idarəetməyə keçməlidir”, – partiyanın bəyanatında qeyd olunur.
“Milli Hərəkat”ın izahatına görə, elektron islahatın təqdimatı iyunun 30-da, saat 10:30-da keçiriləcək.