Milli Qida Agentliyinin məlumatında, Tsnoridə yarımfabrikat nümunəsində salmonellanın aşkar edildiyi deyilir
Milli Qida Agentliyinin məlumatında, Tsnoridə yarımfabrikat nümunəsində salmonellanın aşkar edildiyi deyilir

 
Milli Qida Agentliyinin məlumatında, Tsnoridə yarımfabrikat nümunəsində salmonellanın aşkar edildiyi deyilir.

Agentlikdən verilən məlumata əsasən, qida təhlükəsizliyinin dövlət nəzarəti çərçivəsində Milli Qida Agentliyinin Kaxeti Regional İdarəsinin səlahiyyətli şəxsləri fərdi sahibkarın satış obyektindən (Sığnaği, Tsnori şəh. , Azadlıq küç. 13) yarımfabrikat – kotlet nümunəsi ( İstehsalçı İ/M Tsnori şəh. , Davit Ağmaşenebeli küşəsi №31) götürüblər.

Milli Qida Agentliyinin izahına əsasən, publik hüququn hüquqi şəxsi Kənd Təsərrüfatı Dövlət Laboratoriyasından tədqiqatın əldə olunmuş nəticələrinə əsasən götürülən 5 nümunədən ikisində patogen mikroorqanizm salmonella (SALMONELLA) aşkar edilib.

“Laboratoriya tədqiqatı başa çatdıqdan dərhal sonra yarımfabrikat istehsal edən biznes operaturunda plandankənar yoxlama aparılıb, nəticədə sahibkar cərimələnib və istehsal prosesi dayandırılıb, eləcə də dondurulmuş yarımfabrikat – kotletin satışdan götürülməsi, yığılması, miqdarının hesablanması və görülən tədbirlər barədə dərhal agentliyə məlumat vermək tapşırılıb.

Salmonellyoz bakterioloji etimologiyalı zoonoz xəstəlikdir, insanlara qidadan, xüsusən də ətdən və ondan hazırlanan məhsullardan keçir. Xəstəliyi törədicisi salmonellalar “Enterobacteriaceae” ailəsinə və 2500-dən çox serotipi olan Salmonella cinsinə aiddir, onların əksəriyyəti insanlar, heyvanlar və quşlar üçün patogendir. Salmonellyozun qarşısının alınması məqsədilə bütün qida istehsalı zəncirində (kəsimxana, ət və ət məhsullarının emalı, satış və ictimai iaşə obyektləri) istehsalat və nümunəvi gigiyena tədbirlərinin həyata keçirilməsi vacibdir” – Milli Qida Agentliyi tərəfindən yayılmış bəyanatda qeyd olunub.