Milli Qida Agentliyi hisə verilmiş balıqların hazırlandığı müəssisənin fəaliyyətini dayandırıb
Milli Qida Agentliyi hisə verilmiş balıqların hazırlandığı müəssisənin fəaliyyətini dayandırıb

Milli Qida Agentliyinin Acara Departamentinin müfəttişləri planlaşdırılmamış yoxlama zamanı qanunsuz hisə verilmiş balıqların hazırlandığı müəssisəsini aşkar ediblər.

Milli Qida Agentliyinin məlumatına görə, biznes operatoru Z.Ç. dövlət reyestrində qeydiyyatdan keçmədən və qanunvericiliklə nəzərdə tutulmuş tanınma olmadan fəaliyyət göstərirdi.

“Bundan əlavə, yoxlama zamanı kritik uyğunsuzluqlar aşkar edilib: gigiyena normalarının pozulması; çirklənmiş inventar; balığın əridilməsi risk daşıyan metodla həyata keçirirdi. Qeyd olunmuş pozuntulara görə, Gürcüstan qanunvericiliyinə uyğun olaraq, sahibkar cərimələnib və kritik uyğunsuzluqlar tamamilə aradan qaldırılana qədər istehsal prosesi dayandırılıb.

Milli Qida Agentliyi biznes operatorlarını fəaliyyətlərini yalnız qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq həyata keçirməyə çağırır”, – deyə Milli Qida Agentliyinin məlumatında qeyd olunub.