Milli Ekspertiza Bürosu Arçil Tatunaşvilinin cəsədinin ekspertiza prosedurları haqqında bəyanat verir
Milli Ekspertiza Bürosu Arçil Tatunaşvilinin cəsədinin ekspertiza prosedurları haqqında bəyanat verir

Levan Samxarauli adına Məhkəmə Ekspertizasının milli bürosu Arçil Tatunaşvilinin cəsədinin ekspertiza prosedurası ilə bağlı bəyanat verir.

Milli Ekspertiza bürosunun bəyanatında qeyd olunur ki, rezonanslı işlərlə bağlı tez-tez suallar yaranır, ancaq, qanunla, tam ekspertiza tədqiqatın başa çatmasından sonra verilir.

Milli Ekspertiza Bürosunda bəyan edirlər ki, istintaq çərçivəsində təyyin edilən ekspertiza istintaq orqanlarına aiddir  və büro ekspertiza nəticəsi haqqında şərh vermək üçün səlahiyyətli deyil.

“Arçil Tatunaşvilinin faciəvi ölümü ilə bağlı yenə bir dəfə dərin üzüntümüzü bildirmək istəyirik və ictimaiyyəti əmin edirik ki, büronun ən yüksək kvalifikasiyalı ekspertləri tam və dəqiq ekspertizanın hazırlanması üçün əllərindən gələni edirlər” – deyilir Milli Ekspertiza Bürosunun bəyanatında.

Arçil Tatunaşvilinin cəsədi işğal altında olan Sxinvalidən martın 20-də gətirildi.

Xatırladaq ki, Tatunaşvili fevralın 23-də işğal edilmiş Sxinvalidə naməlum mühitdə həyatını itirdi.