Milli Bankın məlumatına əsasən, beynəlxalq valyuta ehtiyatları 76,8 milyon ABŞ dolları artıb
2025-ci ilin mart ayına olan vəziyyətə görə, Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 76,8 milyon ABŞ dolları artaraq 4,3 milyard ABŞ dolları təşkil edib. Məlumatı Milli Bank yayır.
“Beynəlxalq valyuta ehtiyatları ölkənin makroiqtisadi sabitliyinin mühüm təminatçısıdır. Milli Bankın uzunmüddətli siyasəti həmişə beynəlxalq ehtiyatların yığılmasına və ehtiyat aktivlərinin səmərəli idarə olunmasına yönəlib. 2025-ci ilin mart ayına olan vəziyyətə görə, qızılın ümumi beynəlxalq valyuta ehtiyatlarında payı 16,6% (714,9 milyon ABŞ dolları) təşkil edir. Qızılın qiymətinin artması ilə əlaqədar, mart ayının göstəricilərinə əsasən, ehtiyatların həcmi əvvəlki ayla müqayisədə 64,4 milyon ABŞ dolları artıb. Qeyd etmək lazımdır ki, qızıl alışından sonra monetar qızılın dəyəri təqribən 195 milyon ABŞ dolları artıb ki, bu da Milli Bankın ehtiyatlarının diversifikasiyası strategiyasının etibarlılığını vurğulayır. Gürcüstan Milli Bankı rəsmi beynəlxalq ehtiyatlar haqqında yenilənmiş göstəriciləri 2025-ci ilin mayın 7-də dərc edəcək”, – Milli Bankın məlumatında deyilib.