Milli Bank - Aprel ayında Rusiyadan pul köçürmələri illik olaraq 18.9% azalıb, Avropa İttifaqı və ABŞ-dan isə artıb
Aprel ayında Gürcüstana köçürülən pul köçürmələrinin həcmi illik 6.1% artaraq 295.5 milyon ABŞ dollarına gədər artıb, Gürcüstandan köçürülən vəsaitlərin həcmi isə 4,9% artaraq 31,9 milyon ABŞ dolları təşkil edib, – bu barədə Milli Bank tərəfindən dərc edilmiş hesabatda qeyd olunub.
Milli Bankın məlumatına görə, Avropa İttifaqından daxil olan pul köçürmələri 13,8% artaraq 132,5 milyon ABŞ dollarına gədər artıb və əsasən Rusiyadan gələn pul köçürmələrinin azalmasını balanslaşdırdı.
“Rusiyadan pul köçürmələri hər il 18,9% azalaraq 39,9 milyon ABŞ dolları təşkil edib. Hərçənd, ABŞ-dan daxil olan pul köçürmələri 16,6% artmaqda davam edirdi. Aprel ayında pul köçürmələrinin əsas mənbəyi 44.8% ilə Avropa İttifaqı ölkələri, 18.3% ilə ABŞ və 13.5% ilə Rusiya olub. Avropa İttifaqı ölkələri arasında İtaliyanın (17,0%), Almaniyanın (8,4%) və Yunanıstanın (8,3%) yüksək payı diqqətəlayiqdir”, – Milli Bankın yaydığı məlumatda deyilib.