Milli Bank - Aprel ayında ölkəyə pul köçürmələri axınlarının həcmi 6,1% artaraq 295,5 milyon ABŞ dolları təşkil edib
2025-ci ilin aprel ayında ölkəyə daxil olan pul köçürmələri axınlarının həcmi 295,5 milyon ABŞ dolları təşkil edib, dörd ayda 1 082,1 milyon ABŞ dolları köçürülüb.
Gürcüstan Milli Bankının bu gün dərc etdiyi statistika ilə məlum olur ki, pul köçürmələrinin maksimum payı Avropa İttifaqı ölkələrinin payına düşür və 44,8% təşkil edir ki, bu da 132,5 milyon ABŞ dollarına bərabərdir.
Avropa İttifaqı ölkələrindən İtaliya, Almaniya və Yunanıstan ümumi pul köçürmələrində yüksək paya malikdir. Bununla yanaşı, ABŞ-dan pul köçürmələrinin bir hissəsində hələ də artım müşahidə olunur, xüsusilə, 16.6%-lik artım və həcmi 54 milyon ABŞ dolları təşkil edir.
Rusiya Federasiyasından pul köçürmələri azalma tendensiyası ilə xarakterizə olunur – xüsusən aprel ayında illik 18,9% gədər azalaraq 39,9 milyon ABŞ dolları təşkil edib.
Məlumat üçün bildirək ki, 2025-ci ilin aprel ayında Gürcüstandan xaricə 28,7 milyon ABŞ dolları (80,9 milyon lari) göndərilib.