Milli Bank - ABŞ-dan pul köçürmələrinin statistikası artan tendensiya ilə xarakterizə olunur
2025-ci ilin fevral ayında ABŞ-dan pul köçürmələri illik müqayisədə 13,9% artaraq 47,3 milyon ABŞ dolları təşkil edib.
Gürcüstanın Milli Bankının bu gün dərc etdiyi pul köçürmələri statistikasına əsasən, pul köçürmələrinin maksimal payı Avropa İttifaqı ölkələrinin payına düşür və 44% təşkil edir ki, bu da 110,7 milyon ABŞ dollarına bərabərdir.
Avropa İttifaqı ölkələindən İtaliya, Almaniya və Yunanıstan ümumi pul köçürmələrində yüksək paya malikdir.
Milli Bankın məlumatına görə, Rusiya Federasiyasından pul köçürmələri azalma tendensiyası ilə xarakterizə olunur və fevralda bu göstərici əvvəlki illə müqayisədə 44,7% azalıb. 2025-ci ilin fevral ayında ölkəyə daxil olan pul köçürmələrinin həcmi 252,3 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% azdır.
Məlumat üçün bildirək ki, 2025-ci ilin fevral ayında Gürcüstandan xaricə 28,7 milyon ABŞ dolları (80,9 milyon lari) göndərilib.