Milli Bank – 2025-ci ilin avqust ayı vəziyyətinə görə, Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 5.2 milyard ABŞ dollarını keçib
Milli Bank – 2025-ci ilin avqust ayı vəziyyətinə görə, Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 5.2 milyard ABŞ dollarını keçib

2025-ci ilin avqust ayına olan vəziyyətə görə, Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 5 milyard dollardan 5,2 milyard dollara gədər yüksəlib.

Gürcüstan Milli Bankı ehtiyatların artırılmasına diqqət yetirir. Maraqlıdır ki, cari dövrdə əlverişli bazar şəraiti ilə əlaqədar MBQ ehtiyatları artırmaqda davam edir. Qeyd etmək lazımdır ki, cari dövrdə də bazarın əlverişli şəraitindən çıxış edərək, Gürcüstan Milli Bankı rezervlərin artırılmasını davam etdirir. Ümumilikdə, 2025-ci ilin yanvar-iyul aylarında təmiz alışlar təxminən 1.3 milyard dollar təşkil edib. Mart ayında -101.7 milyon, aprel ayında – 266.4 milyon, may ayında- 245.4 milyon, iyun ayında – 266 milyon, iyul ayında isə 416.9 milyon dollar təmiz alış həyata keçirilib. Təmiz alışların avqust statistikası isə 25 sentyabrda dərc olunacaq.

Beynəlxalq valyuta ehtiyatları ölkənin makroiqtisadi sabitliyinin mühüm təminatçısıdır. Milli Bankın uzunmüddətli siyasəti həmişə beynəlxalq ehtiyatların toplanmasına və ehtiyat aktivlərinin səmərəli idarə olunmasına yönəlib – avqust ayının məlumatlarına əsasən, əldə olunan göstərici də qeyd ediləni təsdiqləyir.

2025-ci ilin avqust ayına olan vəziyyətə görə, qızılın ümumi beynəlxalq valyuta ehtiyatlarında payı 15,1% (786,9 milyon ABŞ dolları) təşkil edir. Qızılın qiymətinin dəyişməsi nəticəsində monetar qızılın dəyəri alındıqdan sonra 286,9 milyon ABŞ dolları artıb ki, bu da Milli Bankın ehtiyatların diversifikasiyası strategiyasının əsaslılığını vurğulayır.

Gürcüstan Milli Bankı 7 oktyabr 2025-ci il tarixində rəsmi beynəlxalq ehtiyatlar haqqında yenilənmiş məlumatları dərc edəcək.

Məlumatı Milli Bank yayır.