Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir - Sentyabrın 23-25-də qısamüddətli yağış yağacağı, bəzi yerlərdə güclü olacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi, dənizdə 3-4 bal gücündə fırtına olacağı gözlənilir

Sinoptiklərin proqnozuna əsasən, sentyabrın 23-25-də Gürcüstanın əksər rayonunda qısamüddətli yağış yağacağı, bəzi yerlərdə güclü olacağı, şimşək çağaxağı, dolu düşəcəyi, küləyin güclənəcəyi və dənizdə 3-4 bal gücündə fırtına olacağı gözlənilir.

Bu haqda məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.

“Gözlənilən güclü yağıntı Gürcüstanın kiçik çaylarında daşqınlara, təpəlik və dağlıq ərazilərdə sürüşmə-sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər. (təhlükə səviyyəsi orta)” – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.