Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir - Oktyabrın 1-2-də Gürcüstanda şimşəklə müşaiyət olunacaq yağış yağacağı, dolu düşəcəyi, dənizdə 3-4 bal gücündə fırtına olacağı gözlənilir
Milli Ətraf Mühit Agentliyi Gürcüstanda oktyabrın 1 və 3-də gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozuna əsasən, oktyabrın 1-i günün ikinci yarısından oktyabrın 3-dək Gürcüstanda şimşəklə müşaiyət olunacaq vaxtaşırı yağış yağacağı, bəzi yerlərdə güclü olacağı, ola bilsin dolu düşəcəyi, küləyin güclənəcəyi, dənizdə 3-4 bal gücündə fırtına olacağı gözlənilir.
“Gözlənilən yağıntı Gürcüstanın kiçik çaylarında suyun səviyyəsinin xeyli artmasına, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə-sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər. (təhlükə səviyyəsi orta)” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.