Milli Ətraf Mühit Agentliyi - Brotseuli küçəsində prosesin lokal yayılma xarakteri daşıdığı və yalnız işlərin dayandırıldığı tikinti sahəsi üçün təhlükə yaratdığı müəyyən edilib
Milli Ətraf Mühit Agentliyi - Brotseuli küçəsində prosesin lokal yayılma xarakteri daşıdığı və yalnız işlərin dayandırıldığı tikinti sahəsi üçün təhlükə yaratdığı müəyyən edilib

 

Milli Ətraf Mühit Agentliyinin geoloqları Tbilisidə Vaşlicvari yaşayış məntəqəsində tikinti sahəsinin yaxınlığındakı geodinamik şəraiti yerində qiymətləndiriblər. Qurumun məlumatında qeyd olunduğu üzrə, mütəxəssislərin qiymətləndirməsi nəticəsində bu mərhələdə prosesin lokal yayılma xarakteri daşıdığı və yalnız işlərin dayandırıldığı tikinti sahəsi üçün təhlükə yaratdığı müəyyən edilib.

“Qeyd edilməlidir ki, cari ilin iyul ayında Vaşlicvari yaşayış məntəqəsində (Brotseuli küç. 5) tikinti sahəsinin ərazisində və ona yaxın köhnə sürüşmə yamacında proseslər aktivləşib.

Mütəxəssislərin qiymətləndirməsi nəticəsində bu mərhələdə prosesin lokal yayılma xarakteri daşıdığı və yalnız hazırda işlərin dayandırıldığı tikinti sahəsi üçün təhlükə yaratdığı müəyyən edilib.

Tikinti şirkətinin sifarişi ilə təfərrüatlı mühəndis-geoloji (geotexniki) tədqiqatlar aparılır, onların əsasında da qoruyucu tədbirlər görmək üçün tövsiyələr hazırlanacaq.

Yaxınlıqdakı yaşayış evləri və infrastruktur obyektlərinə gəlincə, onlara sözügedən proses təhlükəsi yaratmır” – məlumatda qeyd olunub.