Millətlər Liqası | Gürcüstan və Ukrayna milli komandalarının oyununa biletlərin satışı avqustun 25-dən başlayacaq #1TVSPORT
Gürcüstanın futbol üzrə milli komandası Millətlər Liqasının yeni mövsümünə ev oyunları ilə başlayır – sentyabrın 25-də “Xaçlılar” Şimali İrlandia millisinə, sentyabrın 28-də isə Ukraynaya ev sahibliyi edəcəklər. Hər iki matç Tbilisidə, “Dinamo Arena”da saat 20:00-da başlayacaq.
UEFA İntizam Komitəsinin qərarına əsasən, Şimali İrlandia ilə oyun tamaşaçısız keçiriləcək, Gürcüstan və Ukrayna matçına biletlərin satışı isə avqustun 25-də, saat 12:00-da yalnız onlayn rejimdə, biletebi.ge saytında başlayacaq.
Biletin qiyməti 20, 40, 70 və 100 laridir – bir istifadəçi maksimum dörd bilet əldə edə biləcək.