Millətlər Liqası | Gürcüstan - Albaniya matçının biletlərinin satışı sentyabrın 28-də başlayacaq #1TVSPORT
Millətlər Liqasında Gürcüstan və Albaniya yığmalarının qarşılaşmasının biletlərinin satışı sentyabrın 28-də başlayacaq – məlumatı Futbol Federasiyası yayır.
Millətlər Liqasının üçüncü turunun qarşılaşması oktyabrın 14-də keçiriləcək. Futbol Federasiyasının məlumatına əsasən, Gürcüstan – Albaniya matçının biletləri onlayn satılacaq və onun satışı sentyabrın 28-i saat 12:00-da TKT.GE -də başlayacaq.
Gürcüstan və Albaniya milli komandaları arasında Millətlər Liqasının üçüncü turunun qarşılaşması Tbilisidə, Mixeil Mesxi adına stadionda keçiriləcək, biletin qiyməti 10, 30 və 50 lari olacaq.
Xatırladaq ki, Vili Saniolinin komandası Millətlər Liqasının B divizionunda oyuna mükəmməl başlayıb, ev oyununda Çexiyaya (4:1) və səfər oyununda Albaniyaya (1:0) qalib gələrək, 2 turdan sonra 6 xalla birinci yerdədir.