Milanda nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma zamanı polis altı aksiya iştirakçısını saxlayıb
Milanda nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma zamanı polis altı aksiya iştirakçısını saxlayıb.
Bu barədə “BBC” yazır.
Medianın xəbər verdiyinə görə, minlərlə insan yaşayış xərcləri, Qış Olimpiya Oyunlarının ətraf mühitə vurduğu ziyan və ABŞ-ın Miqrasiya və Gömrük Mühafizəsi (ICE) agentlərinin İtaliyada olması da daxil olmaqla müxtəlif məsələlərə etiraz etmək üçün İtaliya şəhərinin küçələrinə çıxıb.
Nümayişçilərin müəyyən qrupu polis əməkdaşlarına daş və pirotexniki vasitələr atırdı. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib.
İtaliyanın Baş naziri Corcia Meloni qeyd olunan hadisəyə münasibət bildirib və Olimpiya əleyhinə çıxış edən aksiya iştirakçılarını İtaliyanın düşmənləri adlandırıb. Onun sözlərinə görə, hazırda minlərlə italiyalı Olimpiadanın maneəsiz keçirilməsi üçün çalışır.
“Çoxlu könüllü var, çünki ölkələrinin yaxşı təəssürat yaratmasını istəyirlər. Həmçinin İtaliyanın düşmənləri olanlar, Olimpiya Oyunlarına qarşı nümayişlər keçirən italyanlar da var. Bu görüntülər bütün dünyada televiziya ekranlarında yayımlanır”, – Meloni bildirib.
İtaliya baş naziri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə həmrəy olduğunu bildirib.