Mikolaevin bombalanması nəticəsində həlak olanların sayı artıb

19:13, 11.11.2022

 

Rusiya qüvvələrinin Mikolaevi bombalaması nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb. Müvafiq məlumatı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayır.

Rusiya qüvvələri gecə saatlarında Mikolaev şəhərinə raket zərbələri endiriblər. Raket beşmərtəbəli yaşayış binasına düşüb. Fövqəladə Hallar Xidmətinin məlumatında dağıntıların təmizlənməsi prosesinin hələ də davam etdiyi deyilir.

İlkin olaraq Mikolaev vilayətinin qubernatoru Vitali Kim iki nəfərin həlak olması və ikisinin yaralanması barədə məlumat yayıb.

Oxşar