Mixeil Sarcveladze Türkmənistanda rəsmi səfərdədir
Mixeil Sarcveladze Türkmənistanda rəsmi səfərdədir

Gürcüstanın işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze Türkmənistanda rəsmi səfərdədir. Səhiyyə Nazirliyi məlumat yayır.

Qurumdan verilən məlumata görə, nazir uşaqların rifahının yaxşılaşdırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyan “Sülh və Etimad İli: Uşaqlar üçün Beynəlxalq Fəaliyyətin İnkişafı” adlı beynəlxalq konfransda iştirak edir.

“Səfər zamanı Mixeil Sarcveladze Türkmənistan baş nazirinin elm, səhiyyə, təhsil, idman və ictimaiyyətlə məsələlər üzrə müavini Bayramgül Orazdurdiyeva, həmçinin səhiyyə və tibb sənayesi naziri Mirat Məmmədovla görüşüb.

Mixeil Sarcveladze türkmən həmkarlarını Gürcüstanda səhiyyə sisteminin gücləndirilməsi və əlçatanlığın yaxşılaşdırılması istiqamətində aparılan islahatlarla tanış edib. İki ölkə arasında səhiyyə sahəsində mövcud əməkdaşlıq, təcrübə mübadiləsi perspektivləri, birgə layihələr və gələcək əməkdaşlığa dair perspektivlər müzakirə edilib.

Görüşdə Gürcüstanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Konstantin Sabiaşvili və səfirliyin baş müşaviri Andro Kaçkaçişvili iştirak edirdilər”, – Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.