Mixeil Sarcveladze Türkmənistan səfiri ilə birlikdə Farmakokimya İnstitutunda olub
Mixeil Sarcveladze Türkmənistan səfiri ilə birlikdə Farmakokimya İnstitutunda olub

Gürcüstanın səhiyyə naziri Mixeil Sacveladze Türkmənistanın fövqəladə və səlahiyyətli səfiri Dövlətmirat Seitmamedov ilə birlikdə İ. Kutateladze adına Farmakokimya İnstitutunu ziyarət edib.

Səhiyyə Nazirliyinin məlumatına görə, Sarcveladze və Seitmamedov müəssisənin elmi işləri ilə tanış olub və tədqiqat laboratoriyasını gəziblər.

“Tərəflər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi məsələlərini də müzakirə ediblər. Həmçinin elmi kadrların mübadiləsi barədə də danışıblar.

Səhiyyə nazirinin bildirdiyinə görə, Gürcüstan Türkmənistanla farmakokimya və ümumiyyətlə tibb sahəsində əlaqələri daha da dərinləşdirməyə hazırdır, bu da oxşar səfərlərin təşviqi ilə mümkün olacaq.

İ. Kutateladze adına Farmakokimya İnstitutunda Tbilisi Dövlət Tibb Universitetinin rektoru İrakli Natroşvili, həmçinin universitetin və Farmakokimya İnstitutunun nümayəndələri olublar.