Mixeil Sarcveladze - Tornike Rijvadzenin yalnız ciyəri zədələnib, odlu silah yarası digər həyati orqanlara təsir etməyib, həkimlər onun sağlamlığı üçün əllərindən gələni edirlər
Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladzenin bildirdiyinə görə, Tornike Rijvadzeyə Saqareco klinikasında təcili tibbi müdaxilələr göstərilib və həyati vacib parametrlərin bərpası üçün bütün zəruri prosedurlar həyata keçirilib.
Sarcveladzenin sözlərinə görə, hazırda Tornike Rijvadze Birinci Universitet Klinikasında, reanimasiya şöbəsində yerləşir və intensiv müalicəyə ehtiyac duyur.
“Bildiyiniz kimi, cənab Tornike gecə saatlarında Saqareco klinikasına yerləşdirilib. O, ağır xəsarət alıb, güllə yarası alıb. Müvafiq olaraq, ona yerindəcə təcili tibbi müdaxilələr və cərrahi əməliyyat keçirilib. Həyati vacib parametrlərin bərpası üçün bütün zəruri prosedurlar həyata keçirilib. Bu, uğurla mümkün olub. Sonra Birinci Klinikaya köçürülməsi ilə bağlı qərar qəbul olundu. O, Birinci Universitet Klinikasına yerləşdirildi. Hazırda reanimasiya şöbəsindədir, çünki orqanizmi üçün çox ağır xəsarətlər alıb və təbii ki, intensiv müalicəyə ehtiyac duyur. Belə hallarda tibbi baxımdan müəyyən profilaktik tədbirlərin görülməsi vacibdir. Mən həm müalicəvi, həm də bərpaedici və.s tədbirləri nəzərdə tuturam. Həyatının xilas edilməsi və sağlamlığının qorunması üçün nə lazımdırsa, cənab Tornikeyə tam şəkildə tətbiq olunur.
“Bu, hamı üçün çox ağır, şokedici və belə demək mümkünsə – dəhşətli bir xəbər idi. Həkimlər sağlamlığın qorunması üçün əllərindən gələni edirlər,” – Mixeil Sarcveladze qeyd edib.
Mixeil Sarcveladzenin bildirdiyinə görə, Tornike Rijvadze bir güllə yarası alıb və yalnız ciyəri zədələnib.
“Pasiyentin vəziyyəti, qeyd etdiyim kimi, ağırdır. Bu o deməkdir ki, o, xüsusi diqqət və xüsusi müşahidə altındadır, ümumiyyətlə mövcud olan bütün riskləri neytrallaşdırmaq üçün xüsusi müalicə lazımdır və müvafiq olaraq onun sağlamlığının bərpasına diqqət yetirilsin. Yaraya gəlincə, bu, tək bir yaradır, xoşbəxtlikdən, yalnız ağciyər zədələnib və digər həyati orqanlara isə güllə yarası təsir etməyib. Hazırda xüsusilə vacibdir ki, sağlamlığa intensiv nəzarət həyata keçirilsin və müvafiq tədbirlər görülsün, bu da klinikada həqiqətən təmin olunur”, – Mixeil Sarcveladze bildirib.