Mixeil Sarcveladze – Son illər ərzində onkoloji xidmətlərin maliyyələşdirilməsi təxminən beş dəfə artıb və yüz milyonlarla larini əhatə edir, tendensiya mütləq davam etməlidir
Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze bildirib ki, onkoloji xidmətlərə əlçatanlığın artırılması məqsədilə mühüm addımlar atılıb və bu istiqamətdə işlər yenə də davam etməlidir.
Mixeil Sarcveladze bu haqda “Gürcüstanda onkoloji xidmətlərə əlçatanlıq” hesabatının təqdimatında çıxışı zamanı deyib və görülən işlərə görə əməkdaşlara və parlamentin səhiyyə komitəsinə təşəkkür edib.
Mixeil Sarcveladzenin qeyd etdiyi kimi, son illər ərzində onkoloji xidmətlərin maliyyələşdirilməsi təxminən beş dəfə artıb və yüz milyonlarla larini əhatə edir.
“Bu, bizi razı edəcək etalon deyil. Tendensiya mütləq davam etməli və hər bir pasiyent göstərilən xidmətlərdən razı qalana qədər qorunub saxlanmalıdır. Bu nöqteyi-nəzərdən tendensiya həqiqətən də qənaətbəxşdir. İstənilən iqtisadi artımın, iqtisadi yaxşılaşmanın böyük ölçüdə sosial layihələr üçün istifadə olunması üçün hər şey edilir, bununla daha sonra qürur duya bilərik. Bu çox vacibdir. Mən şadam ki, bugünkü tematik araşdırmanın hesabatı və onun təqdimatı Ümumdünya Pasiyent Təhlükəsizliyi Gününə təsadüf edir. Bəlkə də heç bir yerdə, heç bir sahədə, heç bir pasiyent halında pasiyentin təhlükəsizliyi, maraqlarının qorunması, sağlamlığı və həyatı onkologiya sahəsindəki qədər mühüm deyil. Bu sadəcə simvolik təsadüf deyil, bugünkü gündə komitənin mühüm təşəbbüsü bu şəkildə qeyd etməsi çox vacibdir” – Mixeil Sarcveladze bildirib.