Mixeil Sarcveladze Qlobal Fondun Regional Proqramlar üzrə direktoru Dumitru Latiçevski ilə görüşüb
Səhiyyə naziri Mixeil Sarcveladze Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya Regionu üzrə Proqramlar Direktoru Dumitru Latiçevski ilə görüşüb.
Mixeil Sarcveladze və Dumitru Latiçevski cari əməkdaşlıq çərçivəsində əldə olunmuş nəticələri yekunlaşdırıblar.
Tərəflər səhiyyə sahəsində həyata keçirilən islahatları müzakirə edib, QİÇS, vərəm və hepatitlərin müalicəsi üzrə dövlət proqramları barədə fikir mübadiləsi aparıblar. Söhbət həmçinin Gürcüstanın malariyadan azad ölkə olmasına və malariyanın eliminasiyası kökünün kəsilməsi sertifikatının verilməsi məsələsinə də toxunub.
Tərəflər Gürcüstan və Qlobal Fond arasında gələcəkdə daha aktiv əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.
Görüşdə həmçinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəzinin baş direktoru İrakli Purtseladze və Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə komandasının nümayəndəsi Olqa Qrider iştirak edib.
Gürcüstanın işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirliyi məlumat yayır.